Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marşrut bahalaşıb: avtobuslar isə tökülür, oturacaqlar bərbad, kart yox… 

Tarif Şurası ictimai nəqliyyatda gediş haqlarını artırmaq qərarı verəndə marşrut xətlərində avtobusların vəziyyətini qiymətləndirməyib

“Bizi fikirləşməyib gediş haqlarını 50 faiz qaldırdılar, onda zəhmət çəkib millətə təzə avtobuslar alıb versinlər. Mən niyə kondisioneri olmayan, cır-cır eləyən, dağılıb-tökülmüş avtobus əziyyət çəkib hər gün işdən evə, evdən işə getməliyəm? Hələ bir 30 qəpik də verməliyəm? Əgər qiymət artırsa, keyfiyyət də yüksəlməlidir” – deyə Bakı sakini Səlim Mirzəyev deyir.


Onun sözlərinə görə, Tarif Şurası ictimai nəqliyyatda gediş haqlarını artırmaq qərarı verəndə marşrut xətlərində avtobusların vəziyyətini qiymətləndirməyib.

Səlim kişi hesab edir ki, Tarif Şurası həm Bakı Nəqliyyat Agentliyi, həm “Faiqoğlu” şirkəti qarşısında tələblər qoymalıydı: “Deməliydi ki, biz gediş haqlarını bahalaşdırırıqsa, siz sərnişinin komfortunu nəzərə almalısınız, təzə avtobuslar gətirilməlidir. Bakıda avtobusların çoxu köhnə -küşküldür, dayananda cırıltı səsi dünyanın o başında eşidilir, oturacaqlar bərbad gündə, kart sistemi çoxunda yoxdur, dayanacaqlardakı elektron monitorlar işləmir, interval deyilən bir şey qalmayıb, köhnə avtobusların şoferləri hələ də sükan arxasında siqaret çəkirlər. Yəni, Ziya Məmmədovdan sonra heç nə dəyişməyib, marşrut sistemi biabırçılıqdır. Ancaq bu problemləri həll edəndən sonra gediş haqlarını qaldırmaq barədə bəlkə danışa bilərdilər”.


Bəzi avtobus şoferləri də buna etiraz etmirlər. Onların ürəyincə olar ki, təzə avtobuslar gətirilsin. Əslində, keçmiş nəqliyyat nazirinin vaxtında gətirilən bu avtobuslar təzədirlər.

Amma o qədər istismar olunublar ki, sovetdən qalmış avtobuslara oxşayırlar. Sürücülərdən biri yeni avtobusların gətirilməsini gözləmir.

Onun fikrincə, istifadədə olanlar metalloma verilənə qədər sürüləcəklər: “Biz də bunları “həftə səkkiz, mən doqquz” düzəltdirməkdən bezmişik. Çox tez sıradan çıxdılar. Bu yollar avtobus dözər?”

Bu ilin martında Bakı Nəqliyyat Agentliyi tərəfindən 300 yeni avtobusun alınması ilə bağlı tender elan edildiyi bildirilmişdi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, əsas marşrut xətləri üzrə avtobuslar yenilənəcək: “Bununla bağlı daşıyıcılara da xəbərdarlıq etmişik. Hansı daşıyıcı yeni avtobuslar gətirsələr, onlar işləyəcəklər. Hazırda marşrut xətləri üzrə müsabiqə davam edir. Bilirsiniz ki, avtobus xətləri bir-bir müsabiqəyə çıxarılır. Narahatlıq doğuran marşrut xətləri ilk əvvəl müsabiqəyə çıxarılacaq, komfortlu avtobusu, istehsalat və peşəkar sürücü bazası olan avtobuslar fəaliyyət göstərəcək. Olmayanlar xətdən çıxarılacaq. Yeni avtobusların gətirilmə vaxtı hələ ki, dəqiq deyil. Qeyd etdiyim kimi, bununla bağlı tender davam edir. Tender yekunlaşandan sonra nəticələrə uyğun olaraq avtobusların gəlmə vaxtı müəyyənləşəcək”.

Artıq sentyabr yaxınlaşır, gözləyək görək…(azeuronews.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar